Kriminal

"Rənc Rover" "Prius"u vurdu: bu yolda sıxlıq… - Foto

30 Sep 2026, 01:25 4 baxış
"Rənc Rover" "Prius"u vurdu: bu yolda sıxlıq… - Foto

Bakı-Sumqayıt yolunda (Bakı istiqamətində), paytaxtın girişində yol-nəqliyyat hadisəsi qeydə alınıb.


Axar.az xəbər verir ki, “Rənc Rover” markalı avtomobil “Toyota Prius”a arxadan çırpılıb.


Zərbənin təsirindən “Toyota Prius” səkiyə dəyib.


Hər iki nəqliyyat vasitəsi ciddi ziyan görüb.


Xəsarət alan yoxdur.


Qeyd edək ki, qəzadan sonra ərazidə avtomobillərin ciddi sıxlığı yaranıb.

Mənbə axar.az

Oxşar Xəbərlər