Digər

Almaniya bu türk ölkəsi ilə 2 milyardlıq sənəd imzaladı

30 Sep 2026, 00:53 3 baxış
Almaniya bu türk ölkəsi ilə 2 milyardlıq sənəd imzaladı

Astana və Berlin ümumi məbləği təxminən 2 milyard ABŞ dolları olan 30-dan çox kommersiya sənədi imzalayıb.


Axar.az xəbər verir ki, bunu Qazaxıstan Prezidenti Qasım-Jomart Tokayev Berlində Almaniya kansleri Fridrix Merzlə görüşünün yekunlarına əsasən bildirib.


"Danışıqlar çərçivəsində ümumi məbləği təxminən 2 milyard dollar olan 30-dan çox kommersiya sənədi imzalanıb. Bu müqavilələrin səmərəli şəkildə həyata keçirilməsi ilə iki ölkənin əməkdaşlığı daha da möhkəmlənəcək", - mətbuat xidməti Tokayevdən sitat gətirib.


Onun sözlərinə görə, Qazaxıstan Almaniyanı Avropadakı etibarlı strateji tərəfdaş hesab edir. O, danışıqların ikitərəfli əlaqələrin möhkəmlənməsinə yol açacağına əminliyini ifadə edib. Tokayev bildirib ki, iki ölkə arasında ticarət-iqtisadi, investisiya və mədəni-humanitar əməkdaşlıq ardıcıl olaraq inkişaf edir.


Tokayev həmçinin bildirib ki, sentyabrın 30-da Bavariyaya səfər etməyi və orada texnoloji forumda iştirak etməyi planlaşdırır. O bu tədbirin iki ölkənin tərəfdaşlığının daha da möhkəmlənməsinə kömək edəcəyini gözləyir.


Daha əvvəl Berlinə rəsmi səfəri zamanı Tokayev həmçinin qeyd etmişdi ki, Qazaxıstan və Almaniyanın birgə investisiya portfelinə ümumi dəyəri təxminən 54 milyard dollar olan 40 sənaye layihəsi daxildir və onlardan 21-i artıq həyata keçirilib.

Mənbə axar.az

Oxşar Xəbərlər