Dünya

"Starship" tarix yazdı: İlk dəfə Yer kürəsinin orbitinə çıxdı - VİDEO

28 Sep 2026, 19:36 2 baxış
"Starship" tarix yazdı: İlk dəfə Yer kürəsinin orbitinə çıxdı - VİDEO
"SpaceX" aerokosmik şirkəti "Starship" kosmik gəmisinin 14-cü sınaq buraxılışını həyata keçirib. Oxu.Az xəbər verir ki, bu barədə şirkətin "X" sosial şəbəkəsindəki səhifəsində bildirilib.

Məlumata əsasən, bu uçuş "Starship"in Yer kürəsinin orbitinə çıxdığı ilk sınaq olub. Gəminin bundan əvvəlki bütün sınaqları suborbital trayektoriyalar üzrə həyata keçirilmişdi. "Starship" təxminən 275 km hündürlüyə qalxıb və Yer ətrafında təxminən altı dövrə vuracaq. Bütün uçuş təxminən 10 saat davam edəcək, bundan sonra gəmi Sakit okeanda, Çilinin qərb sahillərində suya enməlidir. "Super Heavy" raketdaşıyıcısı buraxılışın bütün mərhələlərini uğurla keçib, gəmidən ayrılaraq Meksika körfəzinə enib. "SpaceX" xəbər verib ki, əvvəlki sınaqdan sonra raketdaşıyıcının avadanlıq və proqram təminatında dəyişikliklər edilib.
Mənbə oxu.az

Oxşar Xəbərlər