İdman
"Real Madrid" ardıcıl 10-cu dəfə zirvədə - 86 milyonluq REKORD
"Real Madrid"in rəsmi saytı (realmadrid.com) ardıcıl 10-cu il dünyada futbol klubları arasında ən çox ziyarət edilən veb-resurs kimi tanınıb. Oxu.Az bu barədə "Real Madrid"in rəsmi saytına istinadən xəbər verir. "SimilarWeb" analitik şirkətinin göstəricilərinə əsasən, "kral klubu"nun saytı mövsümü ayda orta hesabla 8.7 milyon ziyarət göstəricisi ilə başa vurub. Ötən mövsüm ərzində realmadrid.com saytında rekord sayda - 86 milyon unikal ziyarətçi (sayta ən azı bir dəfə daxil olan istifadəçi) qeydə alınıb ki, bu da əvvəlki mövsümün göstəricisindən 9% çoxdur. Ümumilikdə saytda 162 milyondan çox seans (sessiya) və 449 milyon unikal səhifə baxışı qeydə alınıb.
Mənbə
oxu.az