İdman

Ronaldu gənc azarkeşini sevindirdi - FOTO/VİDEO

28 Sep 2026, 20:36 2 baxış
Ronaldu gənc azarkeşini sevindirdi - FOTO/VİDEO
Kriştianu Ronaldu Norveçdə gənc azarkeşini sevindirib. Oxu.Az xəbər verir ki, hadisə Portuqaliya millisinin Millətlər Liqasının Osloda Norveç yığmasına qarşı keçirdiyi və 1:2 hesabı ilə başa çatan matçda qeydə alınıb. "Ən-Nəsr"in 41 yaşlı hücumçusu ehtiyatda qalıb və meydana çıxmayıb. İkinci hissədə Ronaldu meydanın kənarında isinmə hərəkətləri edərkən yerli azarkeşlərdən biri ona Portuqaliya millisinin formasını və marker atıb. Ulduz futbolçu isinmə hərəkətlərini dayandıraraq formanı imzalayıb və tribunaya qaytarıb.

Gənc azarkeş sevincini gizlədə bilməyib. Ətrafdakı azarkeşlər isə portuqaliyalı ulduzun bu addımını alqışlarla qarşılayıblar.
Ronaldu gənc azarkeşini sevindirdi - FOTO/VİDEO Ronaldu gənc azarkeşini sevindirdi - FOTO/VİDEO
Mənbə oxu.az

Oxşar Xəbərlər