İdman
Azərbaycan futbolu Yunanıstandan nə öyrənə bilər? - "TOP-al"da Millətlər Liqası gündəmi - VİDEO
Oxu.Az-ın "TOP-al" podkastının yeni buraxılışında UEFA Millətlər Liqasında keçirilən qarşılaşmalar, Azərbaycan millisinin çıxışı və dünya futbolunda gündəmdə olan əsas məsələlər müzakirə edilib. Verilişdə Azərbaycan millisinin Litva ilə 1:1 hesablı heç-heçəsi, komandamızın qazandığı bir xalın uğurlu nəticə hesab edilib-edilməməsi və qarşılaşmada diqqətçəkən məqamlar barədə danışılıb.
Bundan əlavə, UEFA Millətlər Liqasında İngiltərə və İspaniya arasında keçirilən və 2:3 hesabı ilə başa çatan qarşılaşma, oyunun gedişi və ispanların qələbəsi müzakirə olunub. Buraxılışda Yunanıstan millisinin Almaniyanı 1:0 hesabı ilə məğlub etməsi də diqqət mərkəzində olub. Yunanıstan futbolunun son illərdəki inkişafı, yerli futbolçuların Avropanın müxtəlif klublarında çıxış etməsi və bu modelin milli komandaya təsiri barədə fikir mübadiləsi aparılıb. Həmçinin Azərbaycan futbolunun Yunanıstanın inkişaf modelindən nələri öyrənə biləcəyi, futbolçuların xaricdə çıxışının milli komandaya mümkün təsiri və Azərbaycan futbolunun inkişaf istiqamətləri müzakirə edilib.

Mənbə
oxu.az