Dünya

Nepalda Himalay dağlarında qar uçqunu: Dörd nəfərin cəsədi tapıldı

28 Sep 2026, 18:26 1 baxış
Nepalda Himalay dağlarında qar uçqunu: Dörd nəfərin cəsədi tapıldı
Nepalda xilasedici qruplar sentyabrın 27-də Himalay dağlarındakı baza düşərgəsində qar uçqunu nəticəsində həyatını itirən dörd nəfərin cəsədini aşkar ediblər. Oxu.Az xəbər verir ki, bu barədə məlumatı Nepalın Milli Dağ Bələdçiləri Assosiasiyası yayıb. Məlumata görə, xilasedicilər bazar günü iki nəfərin, bazar ertəsi isə daha iki nəfərin meyitini tapıblar. Assosiasiyadan bildirilib ki, hazırda axtarış-xilasetmə əməliyyatları davam etdirilir. Xatırladaq ki, bundan əvvəl Himalay dağlarında yerləşən düşərgəyə uçqun düşməsi nəticəsində ən azı 14 Nepal vətəndaşının itkin düşdüyü barədə məlumat verilmişdi. Nəşrin məlumatına əsasən, itkin düşənlər ekspedisiya komandasının Nepal hissəsinin üzvləridir və onların arasında xarici turistlər yoxdur.
Nepalda Himalay dağlarında qar uçqunu: Dörd nəfərin cəsədi tapıldı
Mənbə oxu.az

Oxşar Xəbərlər