Digər

Putin Savelyevi işdən çıxartdı - Səbəb

28 Sep 2026, 20:56 1 baxış
Putin Savelyevi işdən çıxartdı - Səbəb

Rusiya Prezidenti Vladimir Putin Vitali Savelyevi Baş nazirin müavini vəzifəsindən azad edib.


Axar.az xəbər verir ki, bu barədə Putin sərəncam imzalayıb.


"Vitali Gennadiyeviç Savelyev Dövlət Dumasının deputatı seçilməsi ilə əlaqədar Rusiya Federasiyası Baş nazirinin müavini vəzifəsindən azad edilsin", - sərəncamda qeyd olunub.


Qeyd edək ki, Savelyev 2024-cü ildən Rusiya Baş nazirinin müavini vəzifəsində çalışır. Vahid Rusiya Partiyasının sədri Dmitri Medvedyev Savelyevin yeni Dövlət Dumasının vitse-spikeri vəzifəsinə namizədliyini irəli sürdüyünü açıqlayıb.

Mənbə axar.az

Oxşar Xəbərlər