Siyasət

İlham Əliyevdən Azərbaycan İnvestisiya Holdinqi ilə bağlı FƏRMAN

28 Sep 2026, 16:29 22 baxış
İlham Əliyevdən Azərbaycan İnvestisiya Holdinqi ilə bağlı FƏRMAN
Azərbaycan İnvestisiya Holdinqinin idarəetməsinə veriləcək dövlət şirkətlərinin və müəssisələrinin, habelə dövlət payı olan təsərrüfat cəmiyyətlərinin siyahısında dəyişiklik edilib. Oxu.Az President.az-a istinadən xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev fərman imzalayıb. Fərmana əsasən, "Azərbaycan alüminiumu" Açıq Səhmdar Cəmiyyəti və "Azəralüminium" Məhdud Məsuliyyətli Cəmiyyəti Azərbaycan İnvestisiya Holdinqinin idarəetməsinə veriləcək müəssisələrin siyahısından çıxarılıb.
Mənbə oxu.az

Oxşar Xəbərlər