Siyasət

Prezident bəzi şəxslərə xüsusi və ali hərbi rütbələr verdi - SİYAHI

28 Sep 2026, 10:35 3 baxış
Prezident bəzi şəxslərə xüsusi və ali hərbi rütbələr verdi - SİYAHI
Prezident İlham Əliyev Azərbaycan Respublikası Prokurorluğunun əməkdaşlarına ali xüsusi və ali hərbi rütbələrin verilməsi haqqında Sərəncam imzalayıb. Bununla bağlı Oxu.Az President.az-a istinadən xəbər verir. Sərəncama əsasən, Azərbaycan Respublikası Prokurorluğunun aşağıdakı əməkdaşlarına ali xüsusi və ali hərbi rütbələr verilib: II dərəcəli dövlət ədliyyə müşaviri ali xüsusi rütbəsi Sənan İsa oğlu Paşayevə - Naxçıvan Muxtar Respublikasının prokuroru III dərəcəli dövlət ədliyyə müşaviri ali xüsusi rütbəsi Emin Ramiz oğlu Mürsəliyevə - Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi rəisinin müavini Asəf Vaqif oğlu Sarıkişiyevə - Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi rəisinin müavini "ədliyyə general-mayoru" ali hərbi rütbəsi Nihad Ənvər oğlu Şıxəliyevə - Azərbaycan Respublikası Hərbi prokurorunun müavini.
Mənbə oxu.az

Oxşar Xəbərlər