Cəmiyyət

Prezident onlara rütbə verdi

28 Sep 2026, 10:32 1 baxış
Prezident onlara rütbə verdi

Prezident İlham Əliyev Azərbaycan Respublikası Prokurorluğunun əməkdaşlarına ali xüsusi və ali hərbi rütbələrin verilməsi haqqında sərəncam imzalayıb.


Axar.az xəbər verir ki, sərəncama əsasən, Azərbaycan Respublikası Prokurorluğunun aşağıdakı əməkdaşlarına ali xüsusi və ali hərbi rütbələr verilib:


II dərəcəli dövlət ədliyyə müşaviri ali xüsusi rütbəsi


Sənan İsa oğlu Paşayevə – Naxçıvan Muxtar Respublikasının prokuroru


III dərəcəli dövlət ədliyyə müşaviri ali xüsusi rütbəsi


Emin Ramiz oğlu Mürsəliyevə – Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi rəisinin müavini


Asəf Vaqif oğlu Sarıkişiyevə – Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi rəisinin müavini


“ədliyyə general-mayoru” ali hərbi rütbəsi


Nihad Ənvər oğlu Şıxəliyevə – Azərbaycan Respublikası Hərbi prokurorunun müavini.

Mənbə axar.az

Oxşar Xəbərlər