Cəmiyyət
"Şamaxinka"da piyada körpüsündə lift iki aydan çoxdur işləmir - FOTO/VİDEO
Bakının "Şamaxinka" adlanan ərazisində piyadalar üçün nəzərdə tutulan yeni yerüstü piyada keçidinin lifti iki aydan artıqdır fəaliyyət göstərmir. Bu barədə Oxu.Az-ın qaynar xəttinə (+994 55 224-12-12) şikayət daxil olub.
Qeyd olunur ki, bu körpüdən hər gün yüzlərlə piyada istifadə edir. Liftin işləməməsi isə xüsusilə yaşlı insanlar, xəstələr, azyaşlı uşaqlar və ağır çantalarla hərəkət edən məktəblilər üçün ciddi çətinlik yaradır. "Bura yolu digər tərəfə keçmək istəyənlər üçün yeganə piyada keçididir. Ərazidə alternativ piyada zolağı da yoxdur. Hər kəs məcburdur yerüstü piyada keçidinə qalxsın, onun da lifləri işləmir. Səhhətində problem olan insanlar, uşaqlar, körpəli valideynlər, yaşlılar yolu necə keçməlidirlər? Bu, deyəsən, heç kimi narahat etmir", - deyə şikayətdə bildirilir. Həmçinin vurğulanıb ki, yerüstü keçidin pilləkənləri hündür və qalxıb-enmək üçün əlverişsizdir. Bu səbəbdən liftin işləməməsi piyadaların hərəkətində əlavə problemlər yaradır.
Problemlə bağlı aidiyyəti quruma sorğu verilib.

Mənbə
oxu.az