Siyasət
Şahin Mustafayev Aleksandr Novakla MÜHÜM MÜZAKİRƏLƏR apardı
Azərbaycan baş nazirinin müavini Şahin Mustafayev Rusiya Hökuməti sədrinin müavini Aleksandr Novak ilə görüşüb. Oxu.Az xəbər verir ki, bu barədə Azərbaycan Nazirlər Kabineti məlumat yayıb. Bildirilib ki, görüşdə Azərbaycan-Rusiya ikitərəfli münasibətləri, xüsusilə ticarət-iqtisadi əməkdaşlığın mövcud vəziyyəti və inkişaf perspektivləri müzakirə olunub. Tərəflər sənaye, energetika, nəqliyyat və logistika sahələrində əməkdaşlıq məsələlərini də nəzərdən keçiriblər.
Mənbə
oxu.az