Dünya
Vyetnamda qorxulu anlar: Hərəkətdə olan motosikletçi qadını ildırım vurdu - FOTO/VİDEO
Vyetnamda şəhər küçələrinin birində hərəkətdə olan motosikletçi qadını ildırım vurub. Oxu.Az xəbər verir ki, hadisənin videogörüntüsünü "Ru_CHP" "Telegram" kanalı yayıb. "Bu gün günorta saatlarında Vyetnamın Nqean əyalətinin Vin şəhərində motosikletçi qadını ildırım vurub. Xəsarət alan şəxs kritik vəziyyətdə xəstəxanaya çatdırılıb", - deyə paylaşımda qeyd olunur.
Avtomobilin videoregistratoruna düşən kadrlardan görünür ki, hadisə yağışlı havada yol kəsişməsində baş verib. Nəqliyyat axınında hərəkət edən motosikletçi digər avtomobil və motosikletlərin sağ tərəfində hərəkət edərək sola dönüb. İldırım çaxmasından sonra o, daha bir neçə metr irəliləyərək asfalta yıxılıb. Zərərçəkənin 47 yaşlı qadın olduğu məlum olub. Həkimlərin sözlərinə görə, qadın yıxılma nəticəsində başından xəsarət alıb, həmçinin sağ qolunda, kürəyində və bud nahiyəsində yanıqlar əmələ gəlib. Hazırda onun vəziyyətinin kritik olmadığı bildirilir.

Mənbə
oxu.az
Oxşar Xəbərlər