Dünya
Argentinada müəmmalı balina ölümləri: Narahatedici tendensiya aylardır davam edir - VİDEO
Argentinanın cənubunda yerləşən Çubut əyalətinin sahillərində yenidən onlarla ölü cənub hamar balinası balası aşkar edilib. Oxu.Az xəbər verir ki, bu barədə AFP məlumat yayıb. Bildirilir ki, "Conicet" Milli Tədqiqat Şurasının Dəniz Məməliləri Laboratoriyasının tədqiqatçısı Mariano Koskarella cari mövsümdə gənc balinalar arasında ölüm səviyyəsinin xüsusilə yüksək olduğunu bildirib. Onun sözlərinə görə, bu narahatedici tendensiya iyun ayından bəri davam edir.
Qeyd olunur ki, baytarlar adətən balinaların dərisində məskunlaşan bakteriyaların yaratdığı ciddi xəstəlik olan erizipel (qızılyel) iltihabının yayılmasından şübhələnirlər. "Görünür, söhbət təbii səbəblərdən gedir, lakin insan fəaliyyətinin təsirini də tam istisna edə bilmərik", - deyə M.Koskarella əlavə edib. Çubut əyalətinin rəsmiləri heyvanların tələf olma səbəblərini müəyyənləşdirmək üçün alimlərlə sıx əməkdaşlıq etdiklərini bəyan ediblər.

Mənbə
oxu.az
Oxşar Xəbərlər