Şou biznes

Dünyanın tanınmış repçisini zorakılıqda ittiham edən qadından ƏCAİB ETİRAF: "Onunla heç vaxt görüşməmişəm"

26 Sep 2026, 05:31 4 baxış
Dünyanın tanınmış repçisini zorakılıqda ittiham edən qadından ƏCAİB ETİRAF: "Onunla heç vaxt görüşməmişəm"
2024-cü ildə tanınmış repçi Jay-Z-ni (əsl adı Şon Karter) cinsi zorakılıqda ittiham edən qadın irəli sürdüyü iddiaların uydurma olduğunu rəsmən təsdiqləyib. Oxu.Az xəbər verir ki, bu barədə BBC məlumat yayıb. "Şon Jay-Z Karter mənə heç vaxt təcavüz etməyib. Mən cənab Karterlə heç vaxt üz-üzə gəlməmişəm və danışmamışam", - deyə o, son açıqlamasında bildirib. Bununla yanaşı, ABŞ-li qadın sənətçidən və ya onun nümayəndələrindən heç bir təhdid görmədiyini, pul almadığını və bu etirafı etmək üçün ona rüşvət verilmədiyini də vurğulayıb. Ötən il məhkəmə sənədlərində Ceyn Dou kimi qeyd olunan anonim şəxs iddia qaldıraraq 2000-ci ildə "MTV Video Music Awards" mərasimindən sonrakı əyləncə gecəsində Jay-Z və P.Diddy (Şon Kombs) tərəfindən narkotik vasitə verilərək zorlandığını bildirmişdi. Lakin 2025-ci ilin fevralında o, şikayətini geri götürüb, ardınca isə Karter qadını və onun hüquqşünaslarını məhkəməyə verib. Qadının sözlərinə görə, bu iddialar "Facebook" sosial şəbəkəsində Kombsa qarşı zorakılıq şikayəti olan şəxslərin axtarılması barədə elanı gördükdən və onda "xatirələrin oyanması"ndan sonra ortaya çıxıb. Eyni zamanda o qeyd edib ki, məhkəməyə müraciət edilməsinə icazə verməyib, iddia ərizəsinin layihəsi ilə tanış olmayıb, vəkillər isə sənədləri "müstəqil araşdırma aparmadan, faktları yoxlamadan və lazımi diqqət yetirmədən" məhkəməyə təqdim ediblər. Jay-Z ilk gündən bu ittihamları rədd edərək onları "şantaj cəhdi", "əsassız, uydurma və hiddətləndirici iddialar" adlandırmışdı. İddianın geri götürülməsindən sonra Beyonse ilə evli olan repçi ailəsinin və yaxınlarının yaşadıqları ağır psixoloji sarsıntıdan danışıb.
Mənbə oxu.az

Oxşar Xəbərlər