İdman

"Liverpul"un keçmiş qapıçısı Koxalskinin "Qarabağ"dan gedişini tənqid etdi

26 Sep 2026, 07:31 3 baxış
"Liverpul"un keçmiş qapıçısı Koxalskinin "Qarabağ"dan gedişini tənqid etdi
Məşhur polşalı qapıçı Eji Dudek "Qarabağ"ın sabiq qolkiperi Mateuş Koxalskini tənqid edib. Oxu.Az Polşa mətbuatına istinadən xəbər verir ki, "Liverpul"un sabiq üzvü həmyerlisinin Azərbaycan klubundan "Vyeçista"ya keçidini geriyə atılmış addım kimi dəyərləndirib. "Onun rahatlığı üçün "Qarabağ"ı tərk etməsi və Polşa liqasına, üstəlik "Vyeçista"ya qayıtmaq qərarı mənim üçün bir qədər anlaşılan deyil. Mateuş dəfələrlə vətəni, ailəsi və digər əzizləri üçün darıxdığını vurğulamışdı. Biz həmçinin əminik ki, o, eyni səbəblərdən ölkəyə dönən bir çox həmvətənlərindən qat-qat yaxşı gəlir əldə edə bilib və hələ də edir. Bu qapıçı yenə də milli komandaya dəvət alır. Beləliklə, demək olar ki, hər şey öz qaydasındadır", - deyə Dudek bildirib. Qeyd edək ki, bir müddət əvvəl qolkiper "Qarabağ"la yollarını ayıraraq, Polşanın iddialı klublarından sayılmayan "Vyeçista"ya transfer olunub.
Mənbə oxu.az

Oxşar Xəbərlər