Siyasət

Ceyhun Bayramov Antonio Quterreş ilə görüşdü

26 Sep 2026, 07:08 2 baxış
Ceyhun Bayramov Antonio Quterreş ilə görüşdü
Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov BMT Baş Assambleyasının 81-ci sessiyası çərçivəsində təşkilatın baş katibi Antonio Quterreş ilə görüşüb. Oxu.Az xəbər verir ki, bu barədə Azərbaycanın Xarici İşlər Nazirliyi (XİN) "X" sosial şəbəkəsində məlumat yayıb. Tərəflər regional və beynəlxalq proseslər, o cümlədən Azərbaycanın fəaliyyəti ətrafında fikir mübadiləsi aparıblar. Azərbaycanın BMT və onun ixtisaslaşmış qurumları çərçivəsində fəal iştirakı, eləcə də çoxtərəfliliyə, beynəlxalq hüquqa və BMT Nizamnaməsinin prinsiplərinə verdiyi töhfələr xüsusi vurğulanıb. Müzakirələr zamanı Azərbaycanın donor ölkə qismindəki töhfələri və humanitar təşəbbüsləri də diqqət mərkəzində olub. Söhbət zamanı qlobal iqlim fəaliyyəti və dayanıqlı inkişaf məsələlərinə toxunulub, Azərbaycanın COP29-a uğurla ev sahibliyi, həmçinin bərpaolunan enerji, nəqliyyat və regional əlaqəlilik sahələrində artan rolu qeyd edilib. C.Bayramov Azərbaycan ilə Ermənistan arasında normallaşma prosesindəki son irəliləyişlər, Cənubi Qafqazda etimadın qurulması istiqamətindəki səylər, keçmiş məcburi köçkünlərin geri qayıtmasını dəstəkləyən genişmiqyaslı bərpa-quruculuq işləri və minatəmizləmə fəaliyyətləri barədə məlumat verib.
Mənbə oxu.az

Oxşar Xəbərlər