Dünya

Kiyevin israrlı tələbinə Vaşinqtondan MƏNFİ CAVAB

26 Sep 2026, 04:14 2 baxış
Kiyevin israrlı tələbinə Vaşinqtondan MƏNFİ CAVAB
ABŞ Ukraynaya hərbi yardımın növbəti paketinə "Patriot" zenit-raket kompleksləri üçün raketləri daxil etməyib. Oxu.Az xəbər verir ki, bu barədə "Reuters" məlumat yayıb. Qeyd olunub ki, qərar Ukrayna tərəfinin bu cür komplekslərin tədarükünün artırılması ilə bağlı israrlı müraciətlərinə baxmayaraq qəbul edilib. Daha əvvəl Avropa liderlərinin ABŞ Prezidenti Donald Trampı Ukraynaya "Patriot" üçün əlavə raketlər verməyə razı salmağa çalışacaqları bildirilmişdi. Məlumata görə, "Patriot" raketlərinin hərbi yardım paketinə daxil edilməməsinə səbəb kimi İrandakı münaqişə və Ukrayna böhranı fonunda bu sursatların qlobal ehtiyatlarının tükənməsi göstərilib. Bununla yanaşı, Kiyev əlavə tədarük tələb etməkdə davam edir.
Mənbə oxu.az

Oxşar Xəbərlər