Şou biznes

Fransanın məşhur aktrisası Marina Vladi vəfat etdi

24 Sep 2026, 23:04 2 baxış
Fransanın məşhur aktrisası Marina Vladi vəfat etdi
Rusmənşəli fransalı aktrisa və müğənni Marina Vladi 88 yaşında vəfat edib. Oxu.Az bildirir ki, bu barədə AFP agentliyi sənətçinin ailəsinə istinadən xəbər verib. Marina Vladi (əsl adı Yekaterina-Marina Polyakova-Baydarova) 1938-ci ildə Fransada anadan olub. O, ilk rolunu 10 yaşında Jan Gerenin "Yay fırtınası" (1949) filmində alıb. Vladi "Cadugər" və "Ana arı" filmlərindəki rolları ilə məşhurlaşıb. 1970-ci ildən 1980-ci ilədək Vladi şair, aktyor və müğənni Vladimir Vısotski ilə nikahda olub.
Mənbə oxu.az

Oxşar Xəbərlər