Dünya
Donald Tramp-Si Cinpin yaxınlaşması Putini qısqandırır? - Özündən MARAQLI CAVAB
Rusiya Prezidenti Vladimir Putin Çin lideri Si Cinpinin Donald Trampla təmaslarına və onun ABŞ-dakı görüşünə qısqanclıqla yanaşa bilməyəcəyini bildirib. Oxu.Az xəbər verir ki, bu barədə TASS məlumat yayıb. O qeyd edib ki, siyasətdə belə bir kateqoriyadan istifadə olunmur. "Qısqanclıq tamamilə başqa humanitar sahəyə, kişi ilə qadın arasındakı münasibətlərə aid bir anlayışdır. Beynəlxalq siyasətdə isə belə kateqoriyalardan istifadə etmirlər", - deyə o, müvafiq suala cavab verərkən bildirib. Si Cinpin sentyabrın 23-dən 25-dək son 11 ildə ilk dəfə ABŞ-a dövlət səfəri edir. May ayında ABŞ Prezidenti Donald Tramp Çin liderinin dəvəti ilə Çinə səfər edib. Çin lideri ilə görüşündən sonra Tramp danışıqları hər iki dövlət üçün çox məhsuldar adlandırıb.
Mənbə
oxu.az