Dünya

Aİ-də enerji BÖHRANI: Qaz və elektrik enerjisinə qənaət gündəmə qayıtdı

26 Sep 2026, 01:12 2 baxış
Aİ-də enerji BÖHRANI: Qaz və elektrik enerjisinə qənaət gündəmə qayıtdı
"Avropa İttifaqında (Aİ) ABŞ və İsrailin İrana qarşı müharibəsinin neft-qaz bazarlarına təsirləri fonunda enerji qiymətləri artıb. Bununla əlaqədar Brüssel Aİ ölkələrini qaz və elektrik enerjisi istehlakının azaldılması ilə bağlı tədbirləri nəzərdən keçirməyə çağırır". Oxu.Az TASS-a istinadən xəbər verir ki, Avropa Komissiyasının enerji məsələləri üzrə komissarı Dan Yorgensenin Aİ ölkələrinin müvafiq nazirlərinə ünvanladığı məktubda belə deyilir. "Biz tədarük böhranı ilə əlaqəli enerji qiymətləri böhranı ilə üzləşmişik", - deyə avrokomissar etiraf edib. Bununla əlaqədar o, Aİ ölkələrini qarşıdakı qışa hazırlığı gücləndirməyə və qaz anbarlarının doldurulmasını təmin etməyə, yaxud qaz və elektrik enerjisinə tələbatı "lazımi qədər" azaltmağa imkan verəcək tədbirlərin qəbul edilməsini nəzərdən keçirməyə çağırıb. Beləliklə, Brüssel qiymətlərin artması və enerji resurslarının tədarükündəki problemlər fonunda Aİ ölkələrində enerji istehlakının azaldılmasını yenidən mümkün variant kimi nəzərdən keçirir.
Mənbə oxu.az

Oxşar Xəbərlər