Dünya

İran ABŞ-yə Hörmüz boğazı ilə bağlı PLAN TƏQDİM ETDİ

26 Sep 2026, 01:01 3 baxış
İran ABŞ-yə Hörmüz boğazı ilə bağlı PLAN TƏQDİM ETDİ
İran ABŞ-yə Hörmüz boğazında normal gəmiçiliyin bərpasını nəzərdə tutan yeddigünlük plan təqdim edib. Oxu.Az xəbər verir ki, bu barədə "The New York Times" məlumat yayıb. Məlumata görə, İranın xarici işlər naziri Abbas Əraqçının təqdim etdiyi plana əsasən, ABŞ təklif olunan şərtləri qəbul etdiyi andan etibarən yeddigünlük müddət başlayacaq. Şərtlər yerinə yetiriləcəyi təqdirdə, yeddinci gün Hörmüz boğazının açılması və Vaşinqtonla danışıqların bərpası nəzərdə tutulur. Əraqçı bildirib ki, İran Hörmüz boğazında azad və təhlükəsiz gəmiçiliyin təmin edilməsinə sadiqdir. Onun sözlərinə görə, boğazda təhlükəsizliyin hərbi əməliyyatlar yolu ilə bərpası mümkün deyil. Məlumata əsasən, İranın planında nüvə proqramı ilə bağlı danışıqların da bərpası nəzərdə tutulur.
Mənbə oxu.az

Oxşar Xəbərlər