Cəmiyyət

Birdən çox kartı olanların diqqətinə!

25 Sep 2026, 23:58 2 baxış
Birdən çox kartı olanların diqqətinə!

Azərbaycanda banklar tərəfindən təqdim edilən ödəniş kartlarının sayına tətbiq olunan risk əsaslı yanaşma hazırda istifadə edilən ödəniş kartlarına hər hansı məhdudiyyət yaratmır.


Axar.az xəbər verir ki, bu barədə Banklar Assosiasiyasından (ABA) məlumat verilib.


"Müştərilər mövcud kartlardan onların etibarlılıq müddəti başa çatanadək və ya kart hesabı bağlanılanadək istifadə edə bilərlər.


Əlavə ödəniş kartına ehtiyac yarandıqda müştəri xidmət aldığı banka müraciət edə bilər. Bank müraciəti risk əsaslı yanaşma çərçivəsində qiymətləndirəcək. Kartdan və ya elektron pula bağlı ödəniş hesabından istifadə məqsədi barədə ağlabatan izahat təqdim edildiyi, əməliyyatların bankda mövcud məlumatlarla uyğun olduğu və qeyri-qanuni məqsədlərlə istifadə edilmədiyinə əminlik yarandığı hallarda nəzərdə tutulan sayın artırılması mümkündür", - ABA-dan bildirilib.

Mənbə axar.az

Oxşar Xəbərlər