Dünya
Niderlandda bir milyondan çox insanın şəxsi məlumatları OĞURLANDI: Hakerlər pul tələb edirlər
Niderlandın "Flink" çatdırılma xidmətinin bir milyondan çox müştərisinin şəxsi məlumatları hakerlər tərəfindən oğurlanıb. Oxu.Az xəbər verir ki, məlumatı NU.nl saytı yayəb Bəzi müştərilər sonradan ödəniş tələbi ilə məktublar alıblar. Özünü "LPG Group" adlandıran hakerlər müştərilərdən təxminən 10 avro dəyərində "Ethereum" kriptovalyutası tələb edir və ödəniş edilməzsə, məlumatları "darknet"də satmaqla hədələyirlər. "Flink" şirkəti hakerlərin daxili sistemlərinə giriş əldə etdiyini təsdiqləyib. Oğurlanan məlumatlar arasında müştərilərin adları, e-poçt və ev ünvanları, telefon nömrələri, bəzi hallarda isə çatdırılma ilə bağlı əlavə məlumatlar olub. Şirkət istifadəçi parollarının sızmadığını bildirib. Hakerlər həmçinin 13 min "Flink" əməkdaşının məlumatlarını əldə etdiklərini iddia edir və şirkətdən təxminən 238 min avro dəyərində kriptovalyuta tələb ediblər. Bu məlumat hələ təsdiqlənməyib. Kibertəhlükəsizlik üzrə mütəxəssis Vouter van Dongen müştərilərə hakerlərin məktublarını sübut kimi saxlamağı, lakin onlara cavab verməməyi və pul ödəməməyi tövsiyə edib.
Mənbə
oxu.az