Digər
Konqoda hərbi təyyarə qəzaya uğradı: 13 nəfər öldü
Konqo Demokratik Respublikasında hərbi təyyarənin qəzaya uğraması nəticəsində 13 nəfər həlak olub.
Axar.az xəbər verir ki, bu barədə yerli media məlumat yayıb.
Ölənlərdən 3 nəfərin hərbi qulluqçu olduğu deyilir.
Bildirilib ki, təyyarə paytaxt Kinşasaya uçarkən texniki nasazlıq yaranıb. Ekipaj Kenge şəhərində eniş etməyə cəhd göstərib, lakin orada eniş zolağının olmaması səbəbindən təyyarə yaşayış ərazisində qəzaya uğrayıb.
Qəzanın başvermə şəraiti araşdırılır.
Mənbə
axar.az