Cəmiyyət

Şairdən ateistlərə ÇAĞIRIŞ: "Məndən yaxşı şeir yazan varsa, buyursun" - VİDEO

25 Sep 2026, 02:32 2 baxış
Şairdən ateistlərə ÇAĞIRIŞ: "Məndən yaxşı şeir yazan varsa, buyursun" - VİDEO
"Amin" verilişinin yeni buraxılışında şair, Azərbaycan Yazıçılar Birliyinin Xəzər bölməsinin sədri Kamal Hüseynzadə ilə poeziya, mənəviyyat, metafizik təfəkkür və dinin insanın inkişafındakı rolu barədə fikir mübadiləsi aparılıb.

Kamal Hüseynzadə dinin insanı inkişafdan saxlaması ilə bağlı iddialara cavab verərək sənətdəki mövqeyini belə ifadə edib: "Dinin insanı inkişafdan saxlaması ilə bağlı iddialara qarşı öz meydanımı ortaya qoydum. Əgər eyni sahədəyiksə və inkişaf üçün vaxtımız da eynidirsə, bütün ateistlərin arasında məndən yaxşı şeir yazan varsa, buyursun, iddia etsin ki, din səni inkişafdan saxlayıb. Mən gün ərzində 15-16 saat başqa işlərdə çalışa-çalışa bir şair kimi öz üzərimdə işləmişəm. Əgər din insanı inkişafdan saxlasaydı, məni də saxlayardı. İnsan Allah üçün iş görürsə, yalnız nəticəyə fokuslanmış dünyapərəst birindən necə keyfiyyətsiz iş ortaya qoya bilər? Ona görə də Allaha inanan şairdən daha güclü yaza bilməzlər". Kamal Hüseynzadə həmçinin əsl poeziyanın təməlini mənəviyyatdan və irrasional düşüncədən ayrı təsəvvür etməyin mümkün olmadığını bildirib: "Sənət mənəviyyatdan ayrı ola bilməz, çünki o, maddi deyil. Poeziyanın təməli həmişə mistik və metafizik təfəkkürə dayanır. Bütün fikirlərin arxasında Mütləq (Allah) durmursa, o sözlər zəif olacaq, əbədiyyətə və gözəlliyə çatmayacaq. Qəlbi yalnız Mütləq ölçülər və əbədiyyət qane edə bilər. Şair oxucuya özünü göstərmək üçün deyil, səmimi yazmalıdır. Səmimiyyətdən uzaq sənətdə bərəkət ola bilməz".
Mənbə oxu.az

Oxşar Xəbərlər