Dünya

İsrail baş naziri BMT-də sərt ÇIXIŞ ETDİ: "Biz bunu etməsəydik, hamımız məhv olardıq"

25 Sep 2026, 02:16 3 baxış
İsrail baş naziri BMT-də sərt ÇIXIŞ ETDİ: "Biz bunu etməsəydik, hamımız məhv olardıq"
İsrailin Baş naziri Benyamin Netanyahu BMT Baş Assambleyasındakı çıxışında İranın nüvə obyektlərinə qarşı həyata keçirilən əməliyyatlardan danışıb və İsrailin özünü müdafiə etdiyini bildirib. Oxu.Az xəbər verir ki, Netanyahu çıxışı zamanı İsrailin özünü müdafiə etməklə yanaşı, az əvvəl iclas zalını tərk edən bir sıra ölkələri də müdafiə etdiyini deyib. Onun sözlərinə görə, həmin ölkələrin liderlərinin əksəriyyəti kulis arxasında İranın nüvə proqramının məhv edilməsinə görə İsrailə təşəkkür edib. "14 il əvvəl mən bu kürsüdə dayanmışdım və qırmızı xətt çəkmişdim. Mən İrandakı qana susamış rejimin İsrail dövlətini məhv etmək üçün nəzərdə tutulmuş nüvə silahı - bütün dünya üçün təhlükə yarada biləcək nüvə bombası hazırlamasına mane olacağıma söz vermişdim. Biz məhz bunu etdik. İcazə verin, sizi təəccübləndirə biləcək bir şeyi deyim: İranın nüvə obyektlərinin məhv edilməsi asan iş deyildi, çox çətin idi. Lakin şəxsən mənim üçün bu, baş nazir kimi qəbul etməli olduğum ən sadə qərarlardan biri idi. Əgər biz bunu etməsəydik, hamımız məhv olardıq", - deyə İsrailin baş naziri bildirib. Netanyahu daha sonra İsrailin tarixindəki müharibələrdən danışıb: "Biz ilk dəfə məhv edilmək təhlükəsi ilə 1967-ci il iyunun 5-də üzləşdik. İsrail dövlətimizi məhv edəcəklərini açıq şəkildə vəd edən düşmən dövlətlərlə əhatə olunmuşdu. O zaman biz yəhudi xalqının vətəni olan İudeya və Samariyada qələbə qazandıq. Biz Qəzzada qələbə qazandıq. Biz Colan təpələrində qələbə qazandıq. Cənab Əhməd əş-Şaraa, yəqin ki, yəhudilərin Musa peyğəmbərin dövründən bəri Colan təpələrində məskunlaşdığını bilməlisiniz. Bibliya ilə tanış ola bilərsiniz, sübutlar oradadır. Bu torpaq parçası - mən İordan çayının Qərb sahilindən, Qəzzadan və ya Colan təpələrindən danışmıram, yeganə yəhudi dövlətinin sağ qalmasından danışıram. Çünki münaqişə məhz buna söykənir. Söhbət ərazilərdən getmir, söhbət hansı sərhədlərdə olursa-olsun, yəhudi dövlətinin mövcudluğundan gedir", - deyə o əlavə edib.
Mənbə oxu.az

Oxşar Xəbərlər