Dünya

Netanyahudan BMT-də İran nümayəndələrinə qəribə hədiyyə - VİDEO

25 Sep 2026, 02:08 3 baxış
Netanyahudan BMT-də İran nümayəndələrinə qəribə hədiyyə - VİDEO
İsrailin Baş naziri Benyamin Netanyahu BMT Baş Assambleyasındakı çıxışı zamanı İran nümayəndə heyətinə "Starlink" cihazı "hədiyyə" edib. Oxu.Az bu barədə digest.co.il-ə istinadən xəbər verir.

Netanyahu bildirib ki, İran hakimiyyəti vətəndaşlarının "Starlink" peyk internetindən istifadə etməsindən xüsusilə ehtiyat edir. Onun sözlərinə görə, bu qurğu insanlara məlumat əldə etmək, fikir və söz azadlığından istifadə etmək imkanı verir. "Məhz buna görə İran rejimi internet senzurasına milyardlarla dollar xərcləyir", - deyə Netanyahu bildirib. BMT Baş Assambleyasının prezidentinə müraciət edən Netanyahu əlavə edib: "Cənab prezident, mən bu cihazı sizə saxlayıram ki, İran nümayəndə heyətinə təhvil verəsiniz. Onlar qaçılmaz olaraq qarşı tərəfə keçdikdə sosial şəbəkələrdə öz hekayələrini azad şəkildə bölüşə biləcəklər". Çıxış zamanı Netanyahu, həmçinin "Hizbullah" üzvlərinə qarşı 2024-cü ildə baş vermiş partlayışlarla bağlı hadisələrə istinad olaraq peycer nümayiş etdirib. Bundan əlavə, onun pencəyinə böyük ölçülü QR-kod yerləşdirilib. Kod istifadəçiləri HƏMAS-ın 2023-cü ilin oktyabrında İsrailə hücumu və nəticələri barədə videonun yer aldığı sayta yönləndirib. Netanyahunun çıxışından sonra İsrailin BMT-dəki səfiri Dani Danon "Starlink" cihazını İran nümayəndə heyətinin rəhbərinə təqdim etməyə çalışıb. İran nümayəndəsi isə cihazı qəbul etməyib.
Netanyahudan BMT-də İran nümayəndələrinə qəribə hədiyyə - VİDEO
Mənbə oxu.az

Oxşar Xəbərlər