Dünya

Vaşinqton Avropadakı müharibəni bitirə biləcək? Zelenski ABŞ-də nələrdən danışdı? - VİDEO

25 Sep 2026, 02:12 2 baxış
Vaşinqton Avropadakı müharibəni bitirə biləcək? Zelenski ABŞ-də nələrdən danışdı? - VİDEO
ABŞ administrasiyası Rusiya-Ukrayna müharibəsinin dayandırılması istiqamətində üç mərhələli yanaşma irəli sürüb. Baku TV-nin məlumatına görə, Ukrayna Prezidenti Volodimir Zelenski ABŞ-nin təklif etdiyi yanaşmanın əsas istiqamətlərini açıqlayıb.

Birinci mərhələdə Rusiya və Ukraynanın enerji infrastrukturuna hücumlarının dayandırılması nəzərdə tutulur. İkinci mərhələ Qara dənizdə taxıl dəhlizinin yenidən açılması, üçüncü mərhələ isə ABŞ, Rusiya və Ukrayna arasında üçtərəfli danışıqların keçirilməsidir. Mümkün görüş məkanı kimi Əbu-Dabi nəzərdən keçirilir. Politoloq Aytən Qurbanova bildirib ki, hazırda Rusiya və Ukrayna arasında yekun sülh razılaşmasından danışmaq tezdir. Onun sözlərinə görə, mümkün danışıqlarda atəşkəsin şərtləri, enerji və taxıl məsələləri, eləcə də müharibənin regional və qlobal təsirlərinin azaldılması əsas mövzulardan olacaq. Ekspert qeyd edib ki, hərbi əməliyyatlar davam etdiyi halda əldə olunacaq razılaşmaların icra mexanizmi də ciddi sual olaraq qalır. Üçüncü mərhələdə liderlər səviyyəsində görüşün keçirilməsi də gündəmdədir. Zelenski dekabrda Mayamidə keçiriləcək G20 sammitinin ABŞ, Rusiya və Ukrayna liderlərinin görüşü üçün platforma ola biləcəyini bildirib. Zelenski daha əvvəl də dekabrda Mayamidə Rusiya Prezidenti Vladimir Putinlə görüşməyə hazır olduğunu açıqlayıb. Bununla belə, Moskva yüksəksəviyyəli danışıqlar üçün şəraitin hələ yetişmədiyini açıqlayıb. Zelenskinin müsahibəsi zamanı Kiyevə yeni ballistik raket hücumları barədə məlumatların daxil olduğu da bildirilib.
Mənbə oxu.az

Oxşar Xəbərlər