Dünya

Netanyahunun BMT-dəki çıxışı etirazla qarşılandı: Nümayəndə heyətləri zalı tərk etdilər - VİDEO

25 Sep 2026, 02:36 2 baxış
Netanyahunun BMT-dəki çıxışı etirazla qarşılandı: Nümayəndə heyətləri zalı tərk etdilər - VİDEO
İsrailin Baş naziri Benyamin Netanyahunun BMT Baş Assambleyasında çıxışı zamanı xarici nümayəndə heyətlərinin onlarla nümayəndəsi BMT Baş Assambleyasının zalını tərk edib. Oxu.Az bu barədə life.ru-ya istinadən xəbər verir.

Qeyd olunub ki, çıxış başladıqdan sonra zalda çoxlu sayda yer boş qalıb. Bununla belə, iştirakçıların bir hissəsi İsrailin baş nazirini alqışlayıblar. Netanyahu isə cavabında bildirib ki, İsrail, zalı tərk edən bəzi ölkələrin də maraqlarını müdafiə edir.
Mənbə oxu.az

Oxşar Xəbərlər