Cəmiyyət
Doğma yurda qayıdan sakinlər üçün yeni imkanlar: 12 minə yaxın şəxs işlə təmin olunub - VİDEO
İşğaldan azad edilmiş ərazilərə qayıdan sakinlərin məşğulluğunun təmin edilməsi istiqamətində tədbirlər davam etdirilir. Oxu.Az Baku TV-yə istinadən xəbər verir ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyinin həyata keçirdiyi tədbirlər nəticəsində azad edilmiş ərazilərdə məşğulluğu təmin olunan sakinlərin sayı 12 minə yaxınlaşıb.
Onlardan 1 051 nəfər özünüməşğulluq proqramına cəlb olunaraq kiçik ailə təsərrüfatı yaradıb. Cəbrayıl rayonunda isə özünüməşğulluq proqramına cəlb olunan sakinlərin sayı 100-ə yaxınlaşıb. Ümumilikdə rayonda 2 147 nəfər müxtəlif məşğulluq tədbirlərinə cəlb edilib. Məşğulluq proqramlarından yararlanan Cəbrayıl sakinləri arasında tekstil, xalçaçılıq, avtomobil təmiri, ət satışı və bərbərlik sahələrində fəaliyyət göstərənlər də var. Sakinlər bildiriblər ki, özünüməşğulluq proqramı çərçivəsində onlara fəaliyyət sahələrinə uyğun avadanlıqlar təqdim edilib. Bunun sayəsində onlar doğma yurda qayıtdıqdan sonra öz bizneslərini quraraq fəaliyyətlərini davam etdirirlər. Hazırda bəzi sahibkarlar fəaliyyətlərini genişləndirməyi, yeni iş yerləri yaratmağı və gələcəkdə xarici bazarlara çıxmağı planlaşdırırlar.

Mənbə
oxu.az