Dünya
Aİ-nin Kanada ilə bağlı yeni planı - RƏSMİ AÇIQLAMA
Avropa Şurasının sədri Antoniu Koştanın sözlərinə görə, Avropa İttifaqı (Aİ) Kanada ilə əlaqələrin mümkün qədər sıx şəkildə inkişaf etdirilməsini dəstəkləyir. Oxu.Az xəbər verir ki, siyasətçi bu barədə "Politico" nəşrinə müsahibəsində açıqlama verib. Rəsmi Ottavanın potensial assosiativ üzvlüyü ilə bağlı sualı cavablandıran Koşta bildirib ki, Aİ Kanada rəhbərliyi ilə ən fəal formada əməkdaşlıq etmək əzmindədir. O qeyd edib ki, burada sadəcə kiçik bir maneə mövcuddur - coğrafi baxımdan Kanada Avropa qitəsində yerləşmir və bu səbəbdən quruma tamhüquqlu üzv ola bilməz. "Bizim müdafiə və təhlükəsizlik sektorlarında ortaq fəaliyyət göstərmək imkanımız var. Eyni zamanda süni intellektə yatırımlar, kvant texnologiyaları və innovativ həllər üzrə də birgə işləyə bilərik", - deyə Koşta əlavə edib.
Mənbə
oxu.az