Cəmiyyət

Valideynlər yaxın məktəb əvəzinə niyə uzaqdakını seçirlər? - Video

21 Sep 2026, 18:00 2 baxış
Valideynlər yaxın məktəb əvəzinə niyə uzaqdakını seçirlər? - Video
Bəzən evə bir neçə dəqiqəlik məsafədə məktəb olsa da, valideynlər səhər tezdən yola çıxaraq övladlarını kilometrlərlə uzaqdakı təhsil ocağına aparırlar. Oxu.Az Baku TV-yə istinadən xəbər verir ki, məktəbə çatmaq üçün bir neçə nəqliyyat vasitəsi dəyişilir və yolda saatlarla vaxt itirilir. Bəs niyə valideynlər övladlarını yaşadığı əraziyə ən yaxın məktəbə deyil, başqa məktəbə aparmağa üstünlük verirlər? Valideynlər arasında aparılan sorğu göstərib ki, məktəb seçimində əsas meyarlar tədrisin keyfiyyəti, müəllimlərin peşəkarlığı və məktəbin nüfuzudur. "Nərimanov rayonundan gəlirik. Uzaqdır, amma əsas odur ki, yeri rahat olsun, uşağım yaxşı təhsil alsın", - deyə valideynlərdən biri bildirib.

Elm və təhsil naziri dəfələrlə çıxışlarında ən yaxşı məktəbin evə yaxın məktəb olduğunu və valideynlərin uşaqlarının tıxaclara görə dərsə gecikməməsi üçün yaxın məktəbi seçməli olduğunu vurğulayıb. Təhsil ekspertləri də hesab edirlər ki, uşaqlar yaxınlıqdakı məktəbdə təhsil alaraq yüksək nəticə göstərə bilərlər. Onların fikrincə, məktəb seçərkən təhsil müəssisəsinin ümumi müvəffəqiyyət göstəriciləri - buraxılış və qəbul imtahanlarında əldə olunan nəticələr, müəllimlərin pedaqoji ustalığı, bilik və bacarıqları əsas meyarlar arasında olmalıdır.
Mənbə oxu.az

Oxşar Xəbərlər