Cəmiyyət

Ramil Vəlibəyov vəzifəsindən azad olundu - Foto

21 Sep 2026, 17:49 3 baxış
Ramil Vəlibəyov vəzifəsindən azad olundu - Foto
Yeni Azərbaycan Partiyasının (YAP) Nizami rayon təşkilatının sədri Ramil Vəlibəyov tutduğu vəzifədən azad edilib. Oxu.Az Nocomment.az-a istinadən xəbər verir ki, Ramil Vəlibəyov uzun müddətdir YAP Nizami rayon təşkilatına rəhbərlik edirdi. Onun hansı səbəbdən vəzifəsindən kənarlaşdırıldığı hələlik rəsmi olaraq açıqlanmayıb. Sayt yazır ki, üç gün öncə YAP Nizami rayon təşkilatında Dövlət Suverenliyi Günü münasibətilə tədbir keçirilib. Həmin tədbirdə Ramil Vəlibəyovu onun müavini əvəz edib: "Məsələ ilə bağlı YAP-ın mətbuat xidməti ilə dəfələrlə əlaqə saxlasaq da, nə zənglərimizə, nə də göndərilən sorğuya cavab verilib".
Ramil Vəlibəyov vəzifəsindən azad olundu - Foto Ramil Vəlibəyov vəzifəsindən azad olundu - Foto
Mənbə oxu.az

Oxşar Xəbərlər