İqtisadiyyat

"Bitcoin" maksimumunu yenilədi

21 Sep 2026, 17:50 3 baxış
"Bitcoin" maksimumunu yenilədi
"Bitcoin"in (BTC) məzənnəsi ilin əvvəlindən bəri maksimumunu yeniləyib. Sentyabrın 21-də, bazar ertəsi günü, məzənnə yanvarın 31-dən bəri kəskin şəkildə artıb və ilk dəfə olaraq 84 000 dolları keçib. Bu barədə Oxu.Az RBC nəşrinə istinadən məlumat verir. Məlumata görə, Bakı vaxtı ilə saat 13:00-da "Bitcoin" təxminən 83 700 dollar səviyyəsində ticarət olunur. Bir saat ərzində ilk kriptovalyutanın qiyməti 2 000 dollardan çox artıb. Gündəlik artım 4.4% təşkil edib. İlk 100-lükdə olan bütün kriptovalyutalar son 24 saat ərzində bahalaşıb.
Mənbə oxu.az

Oxşar Xəbərlər