Dünya
Türkiyəli məşhur aktrisa Afra Saraçoğlu saxlanıldı - Video
Türkiyəli məşhur aktrisa Afra Saraçoğlu saxlanılıb. Bu barədə Oxu.Az "Haber Global"a istinadən məlumat verir. Məlumata görə, narkotik istintaqı çərçivəsində Bakırköy Baş Prokurorluğu tərəfindən barəsində saxlanılma qərarı verilən məşhur aktrisa Afra Saraçoğlu Fransadan qayıtdığı zaman hava limanında nəzarət altına alınıb.
Qeyd edək ki, aktrisa daha əvvəl barəsində yayılan saxlanılma qərarı ilə bağlı açıqlamasında ifadə verəcəyini bildirmişdi. "Mətbuatda çıxan və bir çox həmkarımla birlikdə adımın hallandığı xəbərləri ölkə xaricində olarkən öyrəndim. Çox əvvəlcədən planlaşdırılmış işgüzar səfərim səbəbindən hazırda Türkiyədə deyiləm. Ədalətin bərqərar olması və prosesin ən düzgün davam etməsi üçün ən qısa zamanda ölkəmə qayıdaraq məhkəmə orqanlarımızla tam əməkdaşlıq çərçivəsində ifadəmi verəcəyəm. Ürəyim rahatdır, hər şeyin aydınlaşacağına tam əminəm", - deyə Afra Saraçoğlu qeyd etmişdi.

Mənbə
oxu.az