Dünya
Böyük Britaniyada 24 təyyarə reysi ləğv olundu - SƏBƏB
Texniki nasazlıq Böyük Britaniyanın şimal hissəsində 24 uçuşun ləğvinə və gecikmələrə səbəb olub. Oxu.Az xəbər verir ki, bu barədə "Skay Nyus" nəşri məlumat yayıb. "Bu, hava hərəkətinə nəzarət sistemində son 14 gün ərzində baş verən ikinci belə nasazlıqdır. Proqram təminatındakı problemlərin səbəb olduğu əvvəlki insident ciddi xaosla nəticələnmiş və 2 100 reysə təsir etmişdi", - deyə məlumatda qeyd olunur. Uçuşların gecikməsi və ləğv edilməsi halları daha çox Şotlandiya, Şimali İrlandiya, eləcə də Britaniyanın bəzi aeroportlarında müşahidə olunub.
Mənbə
oxu.az