Dünya
Rusiyalı sabiq nazir qiyabi həbs edildi
Moskvanın Meşşansk rayon məhkəməsi Rusiyanın sabiq rabitə və kütləvi kommunikasiyalar naziri Nikolay Nikiforovu qiyabi olaraq iki ay müddətinə həbs edib. Oxu.Az bu barədə "Kommersant" nəşrinə istinadən xəbər verir. Keçmiş məmurun həbsdə saxlanılma müddəti onun Rusiya ərazisində saxlanıldığı və ya Rusiyaya ekstradisiya olunduğu andan hesablanmağa başlayacaq. Nikolay Nikiforov cinayətkar birlik təşkil etməkdə və külli miqdarda dələduzluqda ittiham olunur. İstintaqın versiyasına görə, Nikolay Nikiforov "Finiko" piramidasının yaradıcılarından biridir. O, 2018-ci ildə nazir vəzifəsindən getdikdən sonra BƏƏ-də yaşayır.
Mənbə
oxu.az