Dünya
İtaliyadan kritik qərar: Bab-əl-Məndəb boğazına qoşun yeridilir
İtaliyanın müdafiə naziri Quido Krozetto ölkəsinin Bab-əl-Məndəb boğazında İtaliyaya məxsus gəmilərin təhlükəsiz keçidini müstəqil şəkildə təmin etmək niyyətində olduğunu bəyan edib. Oxu.Az bu barədə "Il Messaggero" qəzetinə istinadən xəbər verir. "Bab-əl-Məndəb boğazında yaranan və Hörmüz boğazındakı böhranla üst-üstə düşərək iqtisadi fəsadlara yol açan mürəkkəb vəziyyət fonunda biz Baş Qərargah rəisi ilə birlikdə İtaliya gəmilərinin təhlükəsiz keçidi üçün zəruri şərait yaratmaq məqsədilə Hərbi Dəniz Qüvvələrini cəlb etmək qərarına gəldik", - deyə o vurğulayıb. Qeyd edək ki, Bab-əl-Məndəb boğazı qlobal dəniz ticarətinin 10%-ni və xam neft daşımalarının 12%-ni təmin edir.
Mənbə
oxu.az