İdman
"Barselona" Yamala görə dəstək aksiyasından imtina etdi
"Barselona"futbol klubunun rəhbərliyi İspaniya La Liqasının 6-cı turunda "Rasinq Santander" klubu ilə matçdan (7:2) əvvəl Seuta sakinlərinə dəstək aksiyasında iştirak etməklə bağlı tərəddüd edib. Oxu.Az bu barədə "Le360 Sport" nəşrinə istinadən xəbər verir. Klub mərakeşəsilli 19 yaşlı hücumçu Lamin Yamalın Seutaya dəstək məqsədilə hazırlanan xüsusi formanı geyinmək niyyətində olmadığını öyrəndikdən sonra aksiyada iştirak etməmək barədə qəti qərar verib. Mənbənin məlumatına görə, "Barselona" Yamalın sosial şəbəkələrdə irqçi təhqirlərə məruz qalmasının və yeni qalmaqalın qarşısını almaq istəyib. Qeyd edək ki, 2026-cı ilin iyul ayının sonunda Mərakeşdən olan təxminən 70-80 min miqrant qayıqlarla sərhədi keçərək kütləvi şəkildə Seutaya adlayıb ki, bu da İspaniyada son illərin ən böyük sərhəd böhranına səbəb olub.
Mənbə
oxu.az