Digər
Azərbaycan və Türkiyənin birgə təlimində yeni mərhələ: Hazırlıqlar başa çatdı - FOTO
Türkiyə və Azərbaycanın iştirakı ilə keçiriləcək "Birlik Gücü-2026" təliminə hazırlıqlar başa çatıb. Oxu.Az xəbər verir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyi "X" platformasında paylaşım edib. Bildirilib ki, Türkiyə ordusunun 14-cü mexanizə piyada briqadası komandanlığı tərəfindən təlimə hazırlıqlar yekunlaşıb. Bölmələr təlim çərçivəsində sentyabrın 15-də Qars qarnizonundan Azərbaycanın "Qızılqaya" və "Qarabağlar" təlim sahələrinə yerləşdirilməyə başlayıb.
{{gallery}}
{{gallery}}
Mənbə
oxu.az