Cəmiyyət

Qidalanmanın dəyişməsi geyim tərzinə və fiziologiyaya necə təsir edir? - VİDEO

18 Sep 2026, 01:28 3 baxış
Qidalanmanın dəyişməsi geyim tərzinə və fiziologiyaya necə təsir edir? - VİDEO
Baku TV-də yayımlanan"Amin" verilişinin yeni buraxılışında Əməkdar mədəniyyət işçisi Tahir Əmiraslanovla qidanın insan düşüncəsinə və həyat tərzinə təsiri barədə fikir mübadiləsi aparılıb. O, insan bədəninin informasiya ilə idarə olunan bir sistem olduğunu qeyd edib:

"Hər bir idarəetmə sistemində olduğu kimi, bədənimiz də xaricdən informasiya qəbul edir, onu emal edir və yenilənir. İnsan geyim olmadığı dövrlərdə ətraf mühitdən gələn məlumatların böyük hissəsini dərisi vasitəsilə alırdı. Lakin geyimlə tanış olandan sonra bu informasiya balansı dəyişdi. İndi cəmiyyətdə soyunmağa meyil artır. Qida vasitəsilə bədənə kifayət qədər düzgün informasiya daxil olmadıqda bədən çatışmayan məlumatı dəri vasitəsilə almağa məcbur olur". Tahir Əmiraslanov, həmçinin bildirib ki, insandakı bir çox dəyişikliklər təkcə tərbiyədən yox, birbaşa fiziologiyadan asılıdır: "Qida dəyişdikcə insanın düşüncəsi, dəyərləri və geyim tərzi də dəyişir. Vaxtilə şalvar geyinmək belə narazılıq yaradırdısa, indi göbəyi açıq gəzmək adi hal alıb. Arıqlamaq xatirinə bədəndəki qoruyucu piy qatı azaldıqca açıq qalan göbək zonası bətni xarici radiasiyadan və toksik təsirlərdən müdafiə edə bilmir. Nəticədə, gələcək analarımız olan gənc qızlar arasında müxtəlif xəstəliklər geniş yayılır".
Mənbə oxu.az

Oxşar Xəbərlər