Dünya

ABŞ-dən Səudiyyə Ərəbistanına tarixi silah satışı

18 Sep 2026, 02:00 3 baxış
ABŞ-dən Səudiyyə Ərəbistanına tarixi silah satışı
ABŞ Dövlət Departamenti Səudiyyə Ərəbistanına "Lockheed Martin" istehsalı olan "F-35 Lightning II Joint Strike Fighter" qırıcılarının potensial satışını təsdiqləyib. Sövdələşmənin dəyəri təxminən 24.3 milyard dollar qiymətləndirilir. Oxu.Az bu barədə "Reuters" agentliyinə istinadən xəbər verir. Saziş çərçivəsində Ər-Riyad 48 döyüş təyyarəsi və 49 "Pratt & Whitney" mühərriki əldə edə bilər. Paketə, həmçinin rabitə vasitələri, ehtiyat hissələri və texnikanın istismarı üçün zəruri olan digər avadanlıqlar və xidmətlər də daxil olacaq. Dövlət Departamentindən qeyd olunub ki, ABŞ tərəfinin qiymətləndirməsinə görə, təklif olunan satış Yaxın Şərqdəki hərbi balansı dəyişməyəcək.
Mənbə oxu.az

Oxşar Xəbərlər