Dünya
ABŞ-də "F-16" qırıcısı qəzaya uğradı - VİDEO
ABŞ-nin Miçiqan ştatının şimalında "F-16" qırıcı təyyarəsi qəzaya uğrayıb. Oxu.Az bu barədə NBC telekanalına istinadən xəbər verir.
Məlumata görə, insident yerli vaxtla saat 14:00-da (Bakı vaxtı ilə saat 22:00-da) baş verib. Təyyarənin pilotu katapult edə bilib, o, xəstəxanaya yerləşdirilib və vəziyyəti stabildir. Yerli sakinlərə evlərində qalmaları və pəncərələri açmamaları tapşırılıb. Hadisənin səbəbləri barədə hələlik məlumat verilmir.

Mənbə
oxu.az