Cəmiyyət

Sakinlərin nəzərinə: Paytaxtın bəzi ərazilərində qaz kəsiləcək

17 Sep 2026, 23:24 3 baxış
Sakinlərin nəzərinə: Paytaxtın bəzi ərazilərində qaz kəsiləcək
Sabah Bakının bəzi ərazilərində qaz təchizatında müvəqqəti fasilə yaranacaq. Oxu.Az xəbər verir ki, bu barədə "Azəriqaz" İstehsalat Birliyi məlumat yayıb. Bildirilib ki, təmir-quraşdırma işləri, həmçinin "Qaz İxrac" İdarəsinə məxsus "Hövsan-Digah" magistral qaz kəmərində aşkar edilmiş sızmanın aradan qaldırılması ilə əlaqədar sentyabrın 18-də saat 10:00-dan işlər başa çatanadək bir sıra ərazilərdə qazın verilişi dayandırılacaq. Belə ki, Xətai rayonunun M.Hadi və A.Rəhimov küçələrinin, Əhmədli qəsəbəsində 1-ci və 5-ci Rezervuar küçələrinin, Babək prospektinin, Sabunçu rayonunun Balaxanı qəsəbəsində bir sıra küçələrin və "Fazenda yaşayış" massivinin qaz təchizatında qısamüddətli fasilə yaranacaq.
Mənbə oxu.az

Oxşar Xəbərlər