Cəmiyyət
Türkiyə və Azərbaycan təlimə hazırlaşır
Türkiyə və Azərbaycanın iştirakı ilə keçiriləcək “Birliyin Gücü-2026” təliminə hazırlıq başa çatıb.
Axar.az xəbər verir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyi məlumat yayıb.
Bildirilib ki, Türkiyə Silahlı Qüvvələrinin 14-cü Mexanikləşdirilmiş Piyada Briqada Komandanlığı təlimə hazırlıq işlərini tamamlayıb.
Təlim çərçivəsində Türkiyə hərbçiləri sentyabrın 15-də Qars qarnizonundan Azərbaycandakı “Qızılqaya” və “Qarabağlar” təlim sahələrinə doğru yola çıxıblar.
Mənbə
axar.az
Oxşar Xəbərlər