Cəmiyyət
"Heç kim 10 manat əvəzinə o qədər pul verməz" - İnternetdə asan qazanc təkliflərinin arxasında nə gizlənir? - VİDEO
Sosial şəbəkələrdə "onlayn pul qazan", "onlayn iş", "100 manat qoy, 1 000 manatadək pul götür" tipli elanlara rast gəlmək mümkündür. Bəs görəsən, bu cür vədlər nə dərəcədə doğrudur? Baku TV məsələ ilə bağlı sakinlərin fikirlərini öyrənib.
"İnandırıcı gəlmir. Kiminsə pulu başından aşmır ki, 10 manata o qədər pul versin", - sakinlərdən biri deyib. "Məntiqli düşünən, ağlı başında olan insan fikirləşər ki, əziyyətsiz, qarşılıqsız heç kim 10 manat əvəzinə 1 000 manat verməz. Onlar məntiqi aşağı səviyyədə olanları aldatmaq üçün pul tələsidir. İnsanı şirnikləşdirəndən sonra daha çox məbləğ tələb edirlər. Əlbəttə ki, axırı yaxşı olmur", - başqa bir sakin bildirib.

Mənbə
oxu.az
Oxşar Xəbərlər