Dünya

FRS üç ildən sonra ilk dəfə faiz dərəcəsini artırdı

16 Sep 2026, 23:15 6 baxış
FRS üç ildən sonra ilk dəfə faiz dərəcəsini artırdı
ABŞ-nin mərkəzi bankı funksiyasını yerinə yetirən Federal Ehtiyat Sistemi (FRS) sentyabrın 15-16-da keçirilən iclasının yekunlarına əsasən, uçot dərəcəsini 25 baza bəndi artıraraq illik 3,75-4% səviyyəsinə qaldırıb. Oxu.Az xəbər verir ki, bu barədə tənzimləyicinin mətbuat xidməti məlumat yayıb. Bu, FRS-nin 2023-cü ilin iyulundan bəri faiz dərəcəsini ilk dəfə artırmasıdır. Buna qədər qurum ardıcıl beş dəfə faiz dərəcəsini dəyişməz saxlamışdı. Bu, FRS rəhbərinin dəyişməsindən sonra keçirilən üçüncü iclasdır - may ayının sonundan bu vəzifəni Kevin Uorş tutur.
Mənbə oxu.az

Oxşar Xəbərlər