Cəmiyyət

Azərbaycanda orta aylıq əməkhaqqı 1550 manat olacaq

17 Sep 2026, 00:52 4 baxış
Azərbaycanda orta aylıq əməkhaqqı 1550 manat olacaq

Azərbaycanda orta aylıq əməkhaqqı 2030-cu ildə 1 551,5 manata çatacaq.


Axar.az xəbər verir ki, bu barədə Maliyyə Nazirliyi məlumat yayıb.


Proqnozlara əsasən, 2027-cı ildə ölkədə orta aylıq əməkhaqqı 1 288,3 manat, 2028-ci ildə 1 369,2 manat, 2029-cu ildə 1 466,9 manat təşkil edəcək.


Beləliklə, növbəti 4 ildə Azərbaycanda orta aylıq nominal əməkhaqqı 20,4 % artacaq.


2026-ci il avqustun 1-nə Azərbaycanda orta aylıq nominal əməkhaqqı 1 176,7 manat təşkil edib ki, bu da ötən ilin müvafiq dövrünün göstəricisindən 7,2 % çoxdur.

Mənbə axar.az

Oxşar Xəbərlər